F-1.az xatırladır ki, Ceyms Əllison iyul ayının sonunda Ferrari-nin texniki direktoru vəzifəsindən getmiş, bunun səbəbinin isə ailə vəziyyəti olduğu bildirilmişdi. Yazda həyat yoldaşını itirən Əllison uşaqlarının yanında daha çox olmaq istədiyini bir neçə dəfə bildirmişdi.
Mercedes AMG-də Pəddi Lounun maaşı ilə bağlı müzakirələrin getdiyi bir vaxtda onun komandada uzun müddət qalıb-qalmayacağı da bir çoxlarını maraqlandırır. Əgər Lou komandadan gedərsə, Əllisonun Mercedes AMG-yə keçəcəyi məntiqli görünür.
Ferrari ilə mövcud anlaşmaya görə, Əllison gələn mövsüm heç bir komandaya keçə bilməz. Toto Volffun ona başqa vəzifə vermə ehtimalı olduğu da bildirilir. Mercedes Formula1-in güclü simalarını eyni vaxtda komandaya cəlb etməkdə təcrübəli komandadır.
Qeyd edək ki, Əllisonun komandaya gəlib-gəlməyəcəyi soruşulduqda, həm Toto Vollf, həm də Pəddi Lou cavab verməkdən imtina ediblər…