C.Əllison inkişaf yönünü tapıb

Mercedes komandasının texniki direktoru Ceyms Əllison bildirib ki, Bəhreyndə inkişaf yönünü öyrəniblər.

F-1.az xatırladır ki, “gümüşü oxlar” mövsümün ilk iki yarışında da dubl edərək, idmana qayıtdıqdan sonra ən yaxşı mövsüm başlanğıclarını ediblər.

Ceyms Əllison: “Bizim üçün mükəmməl nəticədir. Zəif olduğumuz yarışlardan maksimum xallarla qayıtdıq. Nəyə ehtiyacımız olduğunu da anladıq. Buna görə də Bəhreyndəki problemlər təkrarlanmayacaq. Təbii ki, bolidi təkmilləşdirmək əsas işimiz olacaq. Bütün komandaların məqsədi budur.

Avstraliya və Bəhreyn fərqli traslardır. Melburnda çox güclü olan maşınımızın arxa tərəfi Bəhreyndə problemli idi. Buna görə də Ferrari-dən 0.1-0.2 saniyə zəif olurduq. Bu idmanda hər şeyi doğru etmək çətindir. Amma nə olur-olsun bizim kimi təslim olmamalısınız. Bütün sessiyalarda bolidi gücləndirmək üçün sürməlisiniz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*