İndi isə La Gazetta dello Sport iddia edir ki, Ferrari Ceyms Əllisonla yolları ayırmağa qərar verib. Mauritsio Arrivabene bu iddianı təkzib etsə də, jurnalist Luici Perna pərdə arxasında əslində belə olmadığını bildirir. Onun yazdığı xəbərə görə, Markionne Ferrari-nin yenidən köhnə günlərinə qayıtması üçün dəyişikliklər planı hazırlayıb və bu plana Əllisonun komandadan göndərilməsi də daxildir. Xəbərdə deyilir: “Əsas sual budur: Əllisonu kim əvəz edəcək? Ross Braunun adı çəkilir”.
Ceyms Əllison komandadan ayrılsa və Braun Ferrari-nin təklifini qəbul etməsə, texniki direktorun Simone Resta olacağı bildirilir. Digər bir variant isə Ceyms Kidir.