F-1.az xatırladır ki, Əllison 2015-ci ildə komandanın həm texniki direktorluğunu, həm də yarış mühəndisliyini etmişdi.
Ancaq italyanlar qış tətilində Cok Kliri Mercedes-dən transfer elədilər və Klir Pol Rikar trasında keçirilən Pirelli yağış testlərində komandaya rəsmən qoşuldu.
Əllison bu barədə fikirlərini bildirib: “Keçən il mənim üçün çətin keçdi. Eyni anda 2 çətin işlə məşğul olurdum.
Amma Cok Klir bu il trasdaki işimi götürdü. Artıq mən daha çox zavodda texniki rəhbər vəzifəsində işləyəcəm.
Bu il yarışların çoxunda iştirak edəcəyəm, amma mənim əsas işim zavodda olacaq. Bu mənim üçün daha əlverişlidir”.