C.Əllison: Biz burada kef etmirik

Mercedes komandasının texnili direktoru Ceyms Əllison bildirib ki, 2020-ci il bolidləri W11 çox isti havalarda necə olur bilmirlər.

F-1.az bildirir ki, mövsümün ilk üç yarışı çox da isti olmayan hava şəraitində keçib və hər üçündə Mercedes sürücüləri rahatlıqla qalib gəlib.

Ceyms Əllison: “İlk üç yarışda da hava sərin idi. İlk yarış nisbətən isti oldu və orada da rəqiblərimizdən elə də güclü deyildik. Buna görə də isti havada performansımızı görmək istəyirdim. İlk yarışlarda bəxtimiz gətirdi. Görək sonrakı yarışlar necə olacaq?

Biz burada kef etmirik. İlk yarışlarda bizim qonaqlarımız bunu görüblər. Həmişə etibarsızlıq problemlərinə görə narahat oluruq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*