F-1.az xatırladır ki, Mercedes komandası testlərdə zəif görünsə də, etibarlılıqla bağlı problem yaşamayıblar. Almaniya təmsilçisi 182 dövrə ilə testlərin üçüncü günündə ən çox dövrə atan kollektiv olub.
Ceyms Əllison: “İki sürücü də problem yaşamadan yarış məsafəsini tamamladı. Beləliklə, təkərlərin necə işləməsi ilə bağlı məlumatımız oldu. Növbəti həftə üçün təməlləri atdıq. Testlərdə belə tez bir zamanda yarış məsafəsi qət etdik və növbəti günlərdə performansa fokuslana biləcəyik. Bolidi anlamağa çalışırıq və hər şeyi təhlil edirik. Hər il etdiyimizi təkrarlayırıq. Hər il yenidən başlamağı sevirəm. Elə bil yeni bir adamla tanış olursan və yaxşısını, pisini bilmirsən. Bolidlə yola çıxmağın isə ayrı bir yeri var. Bu komandada üçüncü mövsümümdür və belə görünür ki, ən çətin il olacaq. Buna görə də çox həyəcanlıyam”.
C.Əllison: “Artıq təkərləri anladıq”
Mercedes komandasının sürücüləri testlərin üçüncü günündə Lyuis Həmilton və Valtteri Bottas birlikdə 182 dövrə vurarkən "gümüşü oxlar"ın texniki direktoru Ceyms Əllison təkərləri kəşf etdiyini deyib.