F-1.az xatırladır ki, Mercedes komandası Monakoda birinci sərbəst yürüşlərdə Həmiltonla 1-ci yeri tutsa da, ikinci sərbəst yürüşlərdə lider Fetteldən 1.2 saniyə geri qalaraq 8-ci olmuşdu.
Ceyms Əllison: “Birinci sessiyada yaxşı nəticə göstərdikdən sonra ikinci sessiya bizim üçün çətin keçdi. Sazlanmalarda böyük səhv etdik. Şənbə günü doğru sazlanmaları etmək üçün yaxşı məlumatlar toplamışıq. Birinci sərbəst yürüşlər bizi cəsarətləndirir”.