F-1.az xatırladır ki, “qırmızılar” həftəsonuna əla başlasalar da, sıralanma turunda əvvəlcə Lekler qəza edib. Daha sonra isə Fettel iki Mercedes-in arxasında qalaraq 3-cü olub. Yarışda da Ferrari “gümüşü oxlar”-ın tempinə cavab verə bilməyib. Buna görə də son dövrələrdə Lekleri növbəti dəfə pitə çağıraraq, sürətli dövrə üçün yeni təkər dəsti veriblər. Monakolu sürücü isə bu şansı əldən verməyib.
Con Elkan: “Mercedes daha güclüdür, amma biz də ən sürətli dövrəni vurduq. Ferrari-də ruh yüksəkliyi var Hamı qazanmaq istəyir və çempionat hələ də uzundur. Forza Ferrari!”.
C.Elkan: “Ferrari ən sürətli dövrəni vurdu”
Ferrari-nin prezidenti Con Elkan komandasının performansını Azərbaycanda boksdan izləyib və hər şeyi gözləri ilə görüb.