F-1.az bildirir ki, gənc sürücü A522-nin sükanı arxasına keçəcək və birinci sərbəst yürüşlərdə Esteban Okonu əvəz edəcək.
Qeyd edək ki, Duhən daha əvvəl A522-ni Montsada reklam çəkilişi vaxtı sürüb. Bundan başqa A521 ilə də testlərə qatılıb.
Cek Duhən: “Alpine ilə Meksikada yarışacağım üçün minnətdaram. Yarış həftəsonunda Formula1 bolidi sürmək mənim üçün böyük şərəfdir. Hər həftəsonu Formula1 bolidi sürməyi hədəfləyirəm. Bu təcrübə məni hədəflərimə yaxınlaşdıracaq. Əlimdən gələni edəcəm”.