C.Duhən: Alpine-ə keçmək doğru qərardır

Formula2-də yarışan Cek Duhan bildirib ki, Red Bull-un Sürücü Akademiyasında qalsa, Formula1 bolidi sürə bilməzdi.

F-1.az bildirir ki, avstraliyalı sürücü Red Bull Sürücü Akademiyasından ayrılaraq, Alpine-nin Sürücü Akademiyasına keçib.

Red Bull-un Formula2-də sürücüsü çox olduğu üçün əksər sürücüləri Formula1 bolidi sürə bilmirlər. Duhən isə Alpine-lə iki sərbəst yürüşdə iştirak edib.

Cek Duhən: “Əgər Red Bull-da qalsaydım, sərbəst yürüşlərə çıxa bilməzdim. Hələ də Formula1 maşını sürməmişdim. Alpine-in mənə ehtiyacı var. Mənə yaxşı davranırlar və çox şey öyrədirlər.

Qərarımdan razıyam. Karyeram ərzində ən doğru seçimim idi. Gələn il Formula1-də yarışa bilərdim. Bu gözəl haldır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*