Cek Duen: “Əla gün oldu, bu fürsətə görə Alpine-ə minnətdaram. Mən çox şey öyrəndim, uzun məsafə qət etdim və çox məmnunam. Keçən həftə cəmi bir saat davam edən sərbəst yürüşlərdə işləmişdim və bu gün bütün günü sükan arxasında keçirdim – bu çox faydalı oldu. Bu il üçün də Alpine-ə təşəkkür edirəm və gələn mövsümdə gərgin işi davam etdirməyi səbirsizliklə gözləyirəm. İndi bütün diqqətimi Formula2 testlərinə yönəldəcəyəm – sabah yenidən Əbu Dabidə sükan arxasına əyləşəcəyəm”.
C.Duen: Çox məmnunam
F-1.az xəbər verir ki, avstraliyalı gənc sürücü Yas Marinada testləri 111 dövrə vuraraq tamamlayıb və yekunda razı qalıb.