F-1.az xatırladır ki, Ducati komandası həftənin birinci günü yeni motosikletini təqdim etmişdi.
Cici Dallinya: “Çox yenilik etdik və MotoGP-dəki texnologiyanı dəyişdik. Təbii ki, rəqiblərdən geri qaldığımız illər də oldu. Bu illərdə rəqiblərimiz güclü idi və onlara çatmaq üçün riskə getməli idik.
GP23-də bəzi yeniliklər var və bəziləri təqdimatdan əvvəl motosikletə əlavə olundu. Bəzi yenilikləri isə əlavə etmədik. Onları Sepanqdakı qış testində görəcəksiniz”.