C.But yeni Haas komandasının uğuruna təəccüblənməyib

Manor komandasının sabiq rəhbəri Con But bildirib ki, Formula1-də bu il debüt edən Haas komandasının ilk yarışındakı tempinə və uğuruna görə təəccüblənməyib.

F-1.az xatırladır ki, Roman Qrojan Avstraliyadakı yarışa 19-cu yerdən başlasa da, damalı bayrağı 6-cı yerdə görüb.

Formula1 karyerasında 3 fərqli komandada işləmiş Con But bildirib ki, Haas-ın güclü performansına təəccüblənmək lazım deyil, çünki onların yaxşı büdcələri var.

Con But: “Mükəmməl iş gördülər. Əgər səhv deyirəmsə, düzəldin, amma onların uğur qazanmaq üçün əla büdcələri var. Əksinə, onların sıralanma turunda 19 və 20-ci yerləri tutmaları ən böyük sürpriz idi”.

Qeyd edək ki, Manor komandası ilk xallarını Formula1-dəki debütündən 4 il sonra – 2014-cü ilin Monako yarışında qazanıb. Con But bildirib ki, onların başlanğıc vəziyyəti Haas-dan fərqli olub. Ona görə də bu iki komandanın müqayisə olunması doğru deyil: “Biz Formula1-ə başlayanda Maks Mosliyə dedik ki, biz 30 milyon dollar ilə mübarizə aparacayıq və bu heç də asan deyildi. Hər iki komandanın büdcələrini nəzərə alsaq, müqayisə aparmaq doğru deyil”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*