C.Batton: “Yeni qaydalar təcrübəli sürücülərə xeyirdir”

McLaren Honda komandasının sürücüsü Censon Batton bildirib ki, FİA radio danışıqlarla bağlı yeni qaydaların düzgün tətbiq edilməsi ilə bağlı yoxlama aparan zaman çox çətinlik çəkəcək...

F-1.az xatırladır ki, bu mövsümdən etibarən radio danışıqlarında məhdudiyyətlər artıb. Ona görə də ilk yarışda komandaları və FİA-nı çətin sınaq gözləyir.

Radio danışıqlarla bağlı yeni qaydalardan bəzi pilotlar narazı olsalar da, bəziləri razıdır. Censon Batton da razı olan sürücülər arasındadır. O bildirib ki, yeni qaydalar sürücülərə xeyir gətirə bilər və Batton əlavə edib ki, FİA radio danışıqları yoxlamaqda çətinlik çəkəcək: “Onlar bütün radio danışıqlarını dinləməyəcəklər. Ona görə də vəziyyətə baxacayıq.

Ümid edirəm ki, ədalətli olmaq üçün radio danışıqların hamısını dinləyə bilərlər.

Yeni qaydalar təcrübəli sürücülərə kömək edəcək. Əgər siz tənbəl pilot deyilsinizsə, bir neçə il ərzində məlumatların çoxunu öyərənə bilərsiniz.

Keçmişdə biz nə baş verdiyini bilməzdik. İndi o günləri xatırlayıram və səbrsizliklə mövsümün ilk yarışını gözləyirəm. Qətiyətlə deyə bilərəm ki, yeni qaydalar yarışları maraqlı edəcək.

Sadəcə bunu yoxlamaq çox çətin olacaq”.

Batton inanır ki, komandalar bir neçə yarışdan sonra radio danışıqları ilə bağlı yeni qaydalara və yeni sıralanma turu formatına öyrəşəcəklər: “Sürücülər ilk yarışlarda səhvlər buraxacaqlar, amma sonra hər şey əvvəlki kimi olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*