F-1.az xatırladır ki, McLaren komandası Avstraliyaya böyük ümidlərlə gəlsə də, xal qazana bilməyib.
Censon Batton: “Yenidən yarışmaq üçün səbirsizlənirəm. Biz Avstraliyada bolidin nəyə qadir olduğunu göstərə bilmədik, amma Bəhreyndə güclü ola bilərik.
Testlərdən sonra çox işləyirik və çalışırıq ki, daha yaxşı nəticələr qazanaq”.
Censon Batton bildirib ki, əgər onlar yeni qaydalara tez öyrəşsələr, Bəhreyndə xal qazana bilərlər: “Melburnda yarış strategiyasını quranda səhvlər etdik. Biz yeni təkər qaydalarını öyrənirik və ona görə də çox işləməliyik.
Biz mühəndislərlə yarış məlumatlarının üzərində işlədik və ümid edirəm ki, Bəhreyndə bunun nəticəsini görərik”.