C.Batton: “Yaxşı sonluq olmadı”

Censon Battonun Formula1-dəki son yarışında asılqanı qırılıb və mübarizəni vaxtından əvvəl dayandırmalı olub. Britaniyalı bildirib ki, sonluq onun üçün yaxşı olmayıb.

F-1.az xatırladır ki, Batton Pereslə mübarizə zamanı porebriklərə hücum etmiş və bolidinin sağ ön asılqanını qırmışdı. 36 yaşlı sürücü bu hadisədən sonra boksa qayıdaraq, mübarizəni dayandırmışdı.

Censon Batton: “Sağ ön tərəfdə problem yaşadım və mübarizəni dayandırmalı oldum. Sözün açığı mövsüm ərzində bu cür problemlərlə çox üzləşmirdik. Buna görə də komanda olaraq sevincli idik, amma bu gün qeyri-adi hal baş verdi.

Son yarışımda bu cür problem yaşamağım yaxşı olmadı, amma buna görə məyus deyiləm. Karyeramın son yarışını bitirdim və müsbət yönlü düşünmək istəyirəm. Bir yarışa görə düşüncələrimi və hisslərimi dəyişmək istəmirəm.

Formula1-də yaşadıqlarıma görə çox xoşbəxtəm. Bundan sonra daha çox əylənib, təqaüdə çıxmağımı qeyd etmək istəyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*