C.Batton: “Yarışmağa davam edəcəm”

Keçən mövsümün sonunda təqaüdə çıxan Censon Batton bildirib ki, bu il yarışmağa davam edəcək.

F-1.az xatırladır ki, Battonun 2018-ci ildə geri qayıtmaq opsiyonu olsa da, britaniyalı geri qayıtmayacağını bildirmişdi.

Censon Batton: “Bu mövsüm uzun illərdən sonra həyatımda Formula1 olmayacaq. Bu da o deməkdir ki, ailəmə və dostlarıma daha çox vaxt ayıracağam. Bu günə qədər yarışmaqdan həzz aldım və bunu birdən buraxa bilmərəm. Bu həftədən etibarən yenidən yarışmağa başlayacağam.

Çempionlar Yarışında (Race Of Champions) mübarizə aparmaq həzz verdi. Çempionatın Mayamidə təşkil edilməsi xüsusilə həzz verdi. Artıq 37 yaşım var və yavaş-yavaş formamı itirirəm. Yenə də gördüyüm işdən həzz almağa davam edəcəm”.

Britaniyalı əlavə edib ki, gələcək planları arasında atasının çox sevdiyi rallikross da var…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*