F-1.az xatırladır ki, Batton sıralanma turunun ikinci sessiyasına qala bilməmiş və yarışa 17-ci yerdə başlamalı olmuşdu. Amma 36 yaşlı sürücü çox sevdiyi yağışlı havada da pis performans göstərərək, 16-cı yeri tutdu.
Censon Batton: “Komandanın bazasına gedib nəyin pis işlədiyini tapmalıyıq. Cümə günü hər şey qaydasında idi. Boliddə özümü rahat hiss edirdim və arxa tərəf çox yaxşı idi. Şənbə günü isə bolid yaxşı işləmədi və bazar günü hər şey daha da pisləşdi. Yağışda sonuncu olmaq mənim üçün qəbulolunmazdır. Mən yağışda çox güclüyəm. Buna görə də nəsə problem var idi, çünki yağışda bolid sürməyi unutmamışam”.