Censon Batton: “Yarışda bir pit-stop etdim. Bütün sürücülərin problemi ötmələr edə bilməmək idi. Arxada çox vaxt itirdim. Sonra Kevin, Fernando, Carlos və Colionu keçdim. Önüm açıq olanda maşın yaxşı təsir bağışlayırdı. Əlimdən gələn hər şeyi etdiyimi düşünürəm.
Bəzi qəribə mübarizələr oldu, amma Meksikada ötmələr etmək, həqiqətən də, çox çətindir. Bəlkə də Fernando ilə eyni strategiyadan istifdadə edə bilərdik, amma riskə getmək istədik. Xal qazanmaq üçün hər şeyi etdik”.