C.Batton: Williams güclənəcək

Sabiq Formula1 sürücüsü Censon Batton düşünür ki, Williams tezliklə inkişaf edəcək.

F-1.az xatırladır ki, 2009-cu ilin Dünya Çempionu hazırda Williams komandasında məsləhətçidir və komandada baş verənlərə bələddir.

Censon Batton: “Ceymsi uzun illərdir tanıyıram. 2009-cu ildə mən çempion olanda o bizim strateqimiz idi. Əslində onunla işləməyə 2003-cü ildə, komandanın adı BAR olanda başlamışdım. Sonra komanda Brauna keçdi, daha sonra isə Mercedes-in baza komandası oldu.

Ceyms uzun ilıərdir ki, Formula1-dədir. Çox təcrübəlidir. Sadəcə strateq deyil, həm də mühəndisliyi çox yaxşıdır. Bundan başqa uzun illər Toto Volffla işləyib.

Ceymsin Williams-a rəhbər gəlməsindən razıyam. O, yaxşı isnandır və çox işləyir. Özünü və gücünü ortaya qoyur. Əgər komanda rəhbərisinizsə, bunu etməlisiniz. Karyerası ərzidnə çox şey yaşayıb. Qələbələri və məğlubiyyətləri dadıb. Bilir ki, yarışları necə qazanmaq lazımdır bilir, çünki uzun müddət Mercedes kimi böyük komandada idi. Williams-da nələri dəyişmək lazımdır bilir.

Bundan başqa yarışlardan sonra komanda ilə apardığı təhlil toplantıları da yaxşıdır. Digər komanda rəhbərlərindən fərqli yanaşması var. Düşüncələrin paylaşılması bütün komanda üçün yaxşıdır , amma Williams-ın azarkeşləri də onu dinləməlidirlər, çünki hər şeyi yaxşı anlayır.

Məncə, bir neçə il ərzində Formula1-dəki güc balansları dəyişəcək. Williams da ön tərəflə olan fərqi azaldacaq. Bunun nə vaxt olacağını deyə bilmərəm, amma önümüzdəki iki ildə inkişaf və müsbət dəyişikliklər olacaq.

Williams-ın büdcəsi yaxşıdır. Sadəcə problemləri anlayıb, stabilləşmək lazımdır. Hər şeydən əvvəl aerodinamika və aerodinamik borudan danışırıq. İndidən düşünürəm ki, müsbət dəyişikliklər görəcəyik. Ancaq növbəti illərdə daha çox işlər görməliyik.

Bundan başqa komandamızda doğru ab-hava olmalıdır. Bu hal hamının kefini açdı. Məncə, artıq hamı Williams-ın uğurlu olacağına inanır”.

Qeyd edək ki, Williams komandası Formula1-in ən titullu ikinci komandası olsa da, son illərdə turnir cədvəlinin zirzəmisindən qurtula bilmir. Komanda 2020-ci ildə Dorilton Capital şirkətinə satılıb.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*