F-1.az xatırladır ki, Williams komandasında həm Massanın, həm də Bottasın müqaviləsi ilin sonunda başa çatır. Britaniyalıların Bottası komandada saxlaması daha real görsənir. Ancaq Massanın taleyinin necə olacağı hələ də bilinmir.
Kler Uilyams bildirib ki, 2017-ci il üçün bir neçə sürücü ilə danışıqlar aparırlar və onlardan biri də Censon Battondur: “Battonun Williams-a qayıtması böyük başlıq olar, elə deyilmi? O Dünya Çempionudur. Eyni zamanda ağıllıdır və onun yanında yaxşı komanda qura bilərsiniz. O il ərzində bolidi inkişaf etdirməyinizə kömək edər. Buna görə də, onun üçün də əlverişli olsa, bizim üçün yaxşı seçim olacaq. Biz hazırda paddokda bir neçə sürücü ilə danışıqlar aparırırq və o bu siyahıda olmaya bilər”.
Uilyams bildirib ki, onlar Massa və Bottas cütü ilə də davam edə bilərlər: “Hələ qərar vermək üçün tezdir, ancaq bunları danışmalıyıq. Əlimizə fürsət düşdükcə sürücülərlə danışıqlar aparırıq. Amma bu o demək deyil ki, biz Felipe və Bottasdan narazıyıq. Felipe 2014-cü ildə bizim komandaya gəldiyi üçün çox şanslıyıq. Valtteri 7 ildir ki, bizim komandadadır və ilk yarışına bizim komanda ilə çıxdı. Felipe il ərzində yaxşı xallar qazandı Valtteri isə Kanadada podiuma çıxdı. Bu cür heyətə sahib olduğumuz üçün şanslıyıq.
Hər ikisi də mükəmməl insanlardır. Hələ 2017-ci il üçün heç bir qərar verməmişik. Sadəcə danışıqlar aparmalıyıq. Əgər bir qərar alsaq, bunu bütün dünyaya açıqlayacayıq”.