C.Batton təqaüdə çıxmaq üçün səbirsizlənir…

Censon Batton F1-dən başqa yeniliklər kəşf etmək üçün son yarışı səbirsizliklə gözlədiyini deyib...

F-1.az xatırladır ki, Batton gələn il Formula1-dən birillik gedəcək və bu müddətdə McLaren komandasının səfiri kimi fəaliyyət göstərəcək.

Censon Batton: “Səbirsizlənirəm. Günləri sayıram. Kaş qalan 3 yarış ard-arda olardı…

Çimərliklər məni gözləmir, amma görüləcək çox iş var. Gələn il mənim üçün həyəcanlı olacaq”.

Batton son yarış üçün bu qədər istəkli olmağın qəribə səslənmədiyini deyib: “Xeyr. Qəribə deyil. Bolid sürməyi sevirəm və həzz alıram, amma əvvəlki kimi yox. Çünki uzun illərdir ki, bu işlə məşğulam. Bu idmanın hazırkı vəziyyətindən qaynaqlanır. Amma yenə də həzz alıram. Ostində himn oxunan zaman atmosfer mükəmməl idi.

Bir neçə yarış daha olacaq və ən sonda Əbu Dabi yarışı olacaq. Bu yarış mənim üçün xüsusi olacaq, çünki dostlarım və ailəm orada olacaqlar. O yarış üçün səbirsizlənirəm”.

Batton əlavə edib ki, 2018-ci ildə qayıtmaq fikrini dəyişdirməyib: “Hədəfim gələn il yarışmamaqdır. Amma 6 aydan sonra yenidən yarışmaq istəyə bilərəm. Belçikada Ron ilə danışanda qalmağım üçün mənim fikrimi dəyişdirdi”.

Batton sonda əlavə edib ki, Ron Dennisin komandadan getməsi onun müqaviləsinə təsir etməyəcək…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*