C.Batton: Strollun çətinliyinin iki səbəbi var

Hazırda ekspert kimi çalışan sabiq dünya çempionu Aston Martin-in gənc sürücüsünün builki çıxışından danışıb.

F-1.az bildirir ki, Censonun fikrincə, Lənsin uğursuz mövsüm keçirməsinin səbəbləri zədə və komanda yoldaşının çox güclü olmasıdır.

Censon Batton: “O, yalnız bir yaxşı yarış keçirib – Barselonada hər şey qaydasında idi. İspaniyadan başqa, Ləns üçün hər yerdə çox çətin idi. Birincisi, zədə səbəbindən açıq-aydın ağrılar çəkdiyinə görə, ikincisi isə komanda yoldaşı Fernando Alonso olduğuna görə. Fernando maşında olduğu hər saniyə mübarizənin içində qalır, ona görə də Stroll həmişə çətin anlar yaşayacaq”.

Qeyd edək ki, geridə qalan 8 yarışdan sonra Alonso 117 xalla çempionatda üçüncüdür, lakin Stroll ondan nə az, nə çox, 80 xal geri qalır. Fernando bu mövsüm artıq 6 dəfə podiuma yüksəlməyə imkan taparkən, gənc kanadalının ən yaxşı nəticəsi Avstraliyadakı dördüncülükdür.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*