F-1.az xatırladır ki, Honda mühərriyində MGU-H və turbinin dəyişməsinə görə britaniyalı sürücü startda 15 yer itirib. Beləliklə, 37 yaşlı Dünya Çempionu çətin Monako yarışına sonuncu 20-ci yerdən başlamalı olacaq.
Censon Batton: “Bu cür hallar həmişə insanın canını ağrıdır. Xəbəri cümə günü verdilər. Sıralanma turu üçün həyəcanlı idim, çünki cümə axşamı çox güclü idik. Stoffel də, mən də cəza aldıq. Lakin ikimiz də yarışa ilk onluqda başlamalı idik. Buna görə də məyusam. Mənim işim çox çətindir, amma Stoffel xal qazana bilər.
Lakin sıralanma turunda 9-cu yer yaxşı idi. Həzz aldım. Böyük ehtimalla, karyeramın son sıralanma turu idi. Formula1 üçün darıxmamışam. Maraqlı 6 ay keçirdim və daha sonra bolidə minəndə həzz verdi. Mən də əylənməyə çalışdım. Sadəcə bolid yox, Formula1 atmosferi mükəmməl idi.
Bolidin limitlərini bilmirəm. Bunu stasionar trasda anlaya bilərəm. Bura Monakodur. Xırda səhvdə divarla toqquşursunuz”.