F-1.az xəbər verir ki, komanda həmin elementləri yenisi ilə əvəzləyib. Mövsüm ərzində hər iki elementdən artıq beşinci dəfə istifadə olunduğuna görə, britaniyalı sürücü startda 15 yer itirməklə cərimələnib.
Stoffelin maşınının güc qurğusunda da dəyişikliklər edilib – daxiliyanma mühərriyi (İCE), turbin (TC) və MGU-H generatoru dəyişdirilib. Bundan başqa, sayca üçüncü yeni MGU-K generatoru qoyulub.
Renault isə Palmerin maşınında artıq üçüncü MGU-H generatoruna keçib…