C.Batton: “Sıralanma turundan həzz aldım”

Formula1 karyerasındakı son yarışa çıxmağa hazırlaşan Censon Batton 12-ci olduğu sıralanma turundan həzz aldığını deyib.

F-1.az xatırladır ki, britaniyalının 2018-ci ildə qayıtmaq opsiyonu olsa da, o, bundan istifadə etmək istəmir. Buna görə də Əbu Dabi QP Batton üçün son olacaq.

Censon Batton: “Bu gün çox əyləndim. Tras soyuyandan sonra bolidi düzgün balansda tutmaq asan olmur. Buna görə də, yarışa qədər bu sazlanmaları ən yaxşı formada etməliyik. Amma boliddən maksimumu çıxardım və ən yaxşı nəticəni göstərdim və çox sevincliyəm.

Sözün düzü, 12-ci yer yarışa başlamaq üçün pis nəticə deyil. Ən azından yarışa yeni təkərlərlə başlayacayıq və startda bu üstünlükdən istifadə edə bilərik. Əminəm ki, bazar günü sıralanma turundan daha yaxşı keçəcək.

Təkər tərkiblərindən heç biri bu yarışda sona qədər gedə bilməyəcək. Buna görə də, fərqli strategiyalar görəcəyik. Əyləncəli yarış olacağını gözləyirəm. Həzz almaq üçün əlimdən gələni edəcəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*