F-1.az xatırladır ki, yarışdan əvvəl Sepanq trasının asfalt örtüyü yenilənmişdi. Lakin trasda edilən dəyişikliklər və yeniliklər barədə müsbət rəylərlə yanaşı, kifayət qədər mənfi rəylər də var.
Censon Batton: “Çox qəribədir. İnsana elə gəlir ki, asfaltla ilişmə yüksəkdir, lakin bu, bir anda yoxa çıxır. Bu necə baş verir – anlamaq çətindir. Soçiyə bənzəyir. Normal hallarda arxadan sürüşmə hiss edirik. Dünyada ən yaxşı sürücülər biz hesab olunuruq, lakin buradakı asfalt örtüyünün üzərində bolidi idarə edərkən nələr baş verdiyini anlamaqda çətinlik çəkirik”.
Red Bull-un gənc sürücüsü Maks Ferstappen isə eyni fikirdə deyil: “Asfaltla ilişmə əladır. Trasda edilən dəyişikliklər Red Bull üçün çox yaxşıdır”.