F-1.az xatırladır ki, avstraliyalı sürücü ilin sonunda idmandan gedəcək. Onun bir ildən sonra yenidən geri qayıtması gözlənilir.
Bəzi iddialara görə Rikkardo artıq gələn ildən Mercedes-in test sürücüsü olacaq.
Censon Batton: “Onun kimi bir sürücünün ehtiyat pilot olması qəribədir. Ehtiyat sürücülük ona nə qazandıracaq? Nəticədə o gənc pilot deyil. Buna görə də cümə sərbəst yürüşlərində iştirak edə bilməz.
Bəlkə o fikirləşir ki, Lyuis idmandan gedəcək və mən də onu əvəzləyəcəm. Lakin Lyuis deyir ki, daha 5 il buralardadır. Yəni uzun müddət gözləməlidir.
O elə komanda seçməlidir ki, bir ildən sonra orada əsas sürücü olsun. Yoxsa karyerası birdəfəlik bitər. Formula1-də bir il çıxış etməyəndə unudulursunuz”.