F-1.az xatırladır ki, Red Bull komandası mövsümün ilk yarışı olan Bəhreyndə asanlıqla qalib gəlib və bundan sonra əksəriyyət düşünür ki, “qırmızı öküzlər” bütün yarışlarda qələbə qazanacaqlar.
Censon Batton: “Əksəriyyət düşünür ki, çempionat Maks və Red Bull üçün asan keçəcək. Amma bunu necə deyə bilirsiniz? Sadəcə bir trasda test və yarış olub. Bəhreyn sərt əylənmə və sürətlənmə trasıdır. Burada maksimum sürət əsas deyil.
Düşünürəm ki, daha sürətli olan Ciddə trasında vəziyyəti öyrənəcəyik. Avropadakı yarışlara keçəndə də…
Red Bull və Maks üçün asan olmayacaq. Düzdür, mövsümə yaxşı başladılar və bu, keçən ildən fərqlidir. Amma yenə də düşünürəm ki, mübarizə görəcəyik”.