F-1.az xatırladır ki, britaniyalı sürücü Monako yarışının 60-cı dövrəsində rəqibi Verlyayna hücum etmiş və nəticədə Batton almaniyalı sürücünün sağ arxa təkərinə təmas etmişdi. İnsidentdən sonra hər iki sürücü də mübarizəni vaxtından əvvəl bitirməli oldu.
Censon Batton: “Daxili trayektoriyada boşluq gördüm və düşündüm ki, növbəti dəfə şansım olmayacaq. Daha sonra isə məni arxasında görmədi və qəza etdik. Sözün açığı, yeni bolidlərin güzgülərindən arxanı yaxşı görmək olmur. Birinci sərbəst yürüşlərdən sonra bu barədə komandaya və FİA-ya dedim. Bununla bağlı bir şey edərlərmi, bilmirəm. Məni görmədiyi üçün qəzanın qarşısını almaq mümkün olmadı. Ondan sonra əlimizdən heç nə gəlmirdi və ikimiz də mübarizəni dayandırdıq”.