F-1.az xatırladır ki, ingiltərəli sürücü bu həftəsonu Alonsodan zəif görünürüb və Alonso McLaren Honda-nı son iki mövsümdə ilk dəfə 3-cü sessiyaya çıxartdığı halda, Battaon ikinci sessiyada mübarizəni dayandırıb.
Batton uğursuzluğun səbəbi kimi narahat bolidi göstərib: “Sıralanma turunda sonuncu sessiyaya qalmaq komanda üçün əla nəticədir. Hələ də istədiyimiz yerdə deyilik, amma komanda böyük bir iş görür və günü-gündən inkişaf edirik. Mən əminəm ki, bu yaxınlarda fanlarımızın üzünü güldürəcəyik.
Fernando əla iş gördü. Amma həftəsonu mənim üçün çətin keçdi. Atdığım son dövrə bu həftəsonu üçün maksimum idi. Yarışa başlayacağımız yer o qədər də pis deyil. Yarışa yeni təkərlərlə başlayacam. Bu pis deyil.
Bolid çox sürüşür. Buna görə də bolidə güvənmirəm. Buna baxmayaraq əlimdən gələni edirəm. Sabah nələrin baş verəcəyini görəcəyik.
Fernando həftəsonu boyunca çox sürətli idi. Onu təbrik edirəm”.