C.Batton: “Monakoda yarışmaq istənilən sürücünün arzusudur”

F-1.az xəbər vermişdi ki, Fernando Alonso İndy500-də yarışacağı üçün Monako Qran Prisini buraxacaq və onu komandanın sabiq pilotu Censon Batton əvəzləyəcək. Britaniyalı sürücü bildirib ki, bu fürsəti əldən vermək istəməyib.

Censon Batton: “Nə vaxt ki, Monakoda yarışmaq şansı əldə etmişəm, bundan yararlanmışam. Mən bütöv mövsüm keçirmək istəmirəm, çünki Formula1 mənim üçün artıq bitib. Karyeram boyu yarışmaqdan xoşum gəlib, lakin artıq fasilə vaxtıdır. Amma təqvimin ən qlamur və parlaq mərhələsi olan Monako Qran Prisində yarışmaq əla hissdir”.

Censon yeni maşının sükanı arxasında ilk dəfə elə Monte Karloda əyləşəcək. Lakin 2009-cu ilin dünya çempionu bunda bir problem görmür: “Siz simulyatorda beş dövrə vurduqdan sonra öz-özünüzə belə deyirsiz: “Məndə hər şey yaxşı alınır”. Döngələrdə maşını idarə etməyi, qaz və əyləclə işləməyi və s. bacarıram. Bu vərdişlər unudulmur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*