C.Batton: “Monakoda yarışmaq gözəl fürsətdir”

McLaren komandasının sürücüsü Censon Batton bildirib ki, Monakoda yarışmaq əla fürsətdir.

F-1.az xatırladır ki, Alonsonun İndy500-də gücünü sınamaq qərarına gəlməsindən sonra McLaren komandası Monako yarışı üçün ispaniyalı sürücünün əvəzinə Censon Battonu çağırıb. Lakin britaniyalı Dünya Çempionu Monako yarışından əvvəl MCL32 ilə heç bir testdə iştirak etməyib.

Censon Batton: “Monako yarışı üçün sükan arxasına keçmək çox gözəl hissdir. Erik məni çağıranda düşünmədən qəbul etdim. Bu əla fürsətdir. İlin ən həyəcanlı və proqnozu mümkün olmayan yarışında sükan arxasında olmaq üçün səbirsizlənirəm. Monako doğrudan da xüsusi trasdır və bolidə sazlanma vermək üçün çox işləmək lazımdır. Bu bütün sürücülər üçün böyük mübarizədir və həmişə həyəcan verir. Mənim ən çox sevdiyim yarışlardandır.

MCL32 ilə test etməsəm də, özümü hazır hiss edirəm. Trası yaxşı tanıyıram və McLaren-in simulyatorunda bir az işlədim. Hələ də ideal formadayam və həmişəkindən çox işləyirəm. Çünki triatlona hazırlaşmaq üçün məşqlər etmişəm. Komanda ilə yenidən işləmək üçün səbirsizlənirəm. Fernandonun bolidinə yaxşı baxacam”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*