Xatırladaq ki, Monakodakı yarışda İndy500-də iştirak edən Fernando Alonsonu əvəzləyən Censon Battonun tunelin girişində Paskal Verlyayna etdiyi hücum qəza ilə nəticələnmişdi. Alman sürücünün maşını divarla şaquli toqquşmuş və bu vəziyyətdə qalmışdı. Qəzada heç kim xəsarət almamışdı.
Stüardlar Battonu növbəti yarışın startında üç yer itirməklə cəzalandırmışdılar. Lakin indi məlum olur ki, Batton onlara belə deyib: “Məni ömürlük yarışmaqdan məhrum edin!”