C.Batton: “Monakoda qələbəyə ikiqat xal verilməlidir”

Sabiq Formula1 sürücüsü Censon Batton bildirib ki, Monakodakı qələbələrə görə ikiqat xallar verilməlidir.
    F-1.az xatırladır ki, Monako uzun illərdir ki, Formula1 təqvimindədir və ən çətin traslardan biri sayılır. Burada xırda səhv edildiyi halda sürücü birbaşa divara çırpılır.

    Censon Batton: “Monakoda yarışarkən həmişə divara çırpılmaq qorxunuz olur. Əksər traslarda təkərləri bloklayıb, döngəyə geniş trayektoriyadan daxil olursunuz və mübarizə aparmağa davam edirsiniz. Monakoda isə hər şey fərqlidir. Ən xırda səhvdə sessiya bitir. Monakoda trasa çıxış dövrənizdə də sürəti hiss edirsiniz. 100 km/saat sürətlə getsəniz belə, divarlar yaxın olduğu üçün 200 km/saat sürətlə getdiyinizi zənn edirsiniz. Burada bütün sürücülər qalib gəlmək istəyir. Bu yarış F1 təqvimində olmamalıdır. Çünki çox dardır. Ancaq sürücülər buranı sevirlər. Monakoda qələbə qazanmaq üçün üçqat güc sərf edilir. Buna görə də burada sürücülərə ikiqat xallar verilməlidir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*