F-1.az xatırladır ki, Batton Amerika yarışında 19-cu yerdən start alsa da, finiş xəttini 9-cu yerdə keçmişdi və yarışı 5-ci bitirən Alonso ilə komandasına vacib xallar qazandırmışdı.
Britaniyalı keçənilki Meksika yarışlna 20-ci yerdən başlasa da, damalı bayrağı 14-cü pillədə görmüşdü. Veteran sürücü etiraf edib ki, yarış onlar üçün asan keçməyəcək, amma yarış vaxtı onun üzündə təbəssüm olacaq: “Keçən il burada yarışmaqdan həzz almışdım. Bizim üçün əlverişli tras olmasa da, əlimizdən gələni edib, ən yaxşı nəticəni almaq istəyirik.
Çox uzun düzlükləri və möhtəşəm stadion hissəsi var. Bu yarışdan həzz almamaq qeyri-mümkündür. Xüsusən də, stadion hissəsində tempimiz yaxşı idi. Həftəsonu özümüzü bir az da təkmilləşdirib, yaxşı nəticə almalıyıq”.