F-1.az xatırladır ki, McLaren Honda keçən il bərbad mövsüm keçirdibmişdi, amma bu il britaniyalılar etibarlılıq və güc cəhətdən daha yaxşı görünürlər. Buna baxmayaraq, McLaren komandası bir dəfə xal qazana bilib. Həmən xalı da komandaya ehtiyat sürücü Stoffel Vandorn qazandırıb.
Censon Batton: “Son yarışlarda elə bil ki, zər atırdıq. Həftəsonları mükəmməl olmadı. Cümə və şənbə günləri mükəmməl performans göstərsək də, bazar günü eyni tempi tutuzdura bilmədik.
Bolidimiz yaxşıdır. Qətiliklə deyə bilərəm ki, biz doğru yoldayıq. Ancaq biz işləməyə davam etməliyik və daha çox yenilik gətirməliyik.
İlk 3 yarışda daha yaxşı nəticələr qazana bilərdik cümləsini qurmaq çox asandır, amma xal qazanmaq üçün bütün həftəsonu ərzində hər şeyi bir araya gətirmək lazımdır”.