F-1.az xatırladır ki, britaniyalı sürücü 2015 və 2016-cı illərdə McLaren komandasının inkişafı üçün çox işləmişdi.
2009-cu ildə Formula1 üzrə Dünya çempionu olmuş Batton 2016-cı ilin sentyabrında idmandan birillik getdiyini açıqlasa da, daha sonra verdiyi açıqlamada Formula1-ə qayıtmayacağını demişdi.
Erik Bulye: “Yeni mövsümdə test sürücümüz Censon Batton olacaq. Bizimlə simulyatorda məşq edəcək və işləyəcək. Bolidin inkişafında bizə kömək edəcək. O artıq McLaren-in səfirlərindən biridir və çox vaxt boksda olacaq. Bu vəzifəni qəbul etdiyi üçün sevincliyəm”.