F-1.az xatırladır ki, McLaren 2015-2017-ci illərdə çətin günlər keçirmiş və hamı bunun səbəbini Honda mühərriklərində görmüşdü. Britaniya təmsilçisi bu il Renault mühərriklərinə keçsə də, bu mühərriklərdən istifadə edən ən zəif komanda təsiri bağışlayır.
Censon Batton: “Hazırda 3 böyük komanda var və onlarla mübarizə aparmaq çətindir. Amma McLaren keçən il ən güclü şassiyə sahib olduğunu dedi. Bu isə çox özündənrazı açıqlama idi. Biz bu il vəziyyətin belə olmadığını gördük. McLaren-in builki performansı məyusedicidir. Amma ən güclü şassiyə sahib olduqlarını deməsəydilər, hər şeyin yaxşı olduğunu düşünərdik. Hazırda yaxşı addımlar atıblar və çempionatda 4-cü yerdədirlər. Lakin açıqlamalarına baxanda bunun yaxşı nəticə olmadığını görürük”.