F-1.az xatırladır ki, niderlandlı sürücü yarışın son dövrələrində Peresi keçib. Lakin meksikalı sürücü Leklerlə ikincilik mübarizəsi verdiyi üçün Ferstappendən yerini istəyib. Komandası isə meksikalı sürücüyə söz verib ki, Maks son dövrədə yerini ona verəcək. Amma ikiqat Dünya Çempionu Alonsonu keçə bilmədiyi kimi centlmenlik razılığına da məhəl qoymayıb. Əvəzində radiodan komandasına “bir də məndən belə şey istəməyin” deyib. Peres isə radiodan Ferstappen üçün “əsl üzünü göstərdi” deyib.
Censon Batton: “Çekonun sözü məni təəccübləndirdi. Dedi ki, onun əsl üzünü gördük. Ferstappen isə səbəbləri olduğu dedi. Əgər belədirsə, deyərdi. Yoxsa kənardan eqoist kimi görünə bilərsiniz.
Özü də komanda niyə Maksdan bunu yarış vaxtı soruşur? Yəqin ki, yarışdan əvvəl düz-əməlli müzakirə aparılmayıb. Red bull özünü çox çətin vəziyyətdə qoydu. Doğrudan da pis oldu, çünki yarışı yaxşı notlarla bitirə bilərdilər. Maks yarışın əvvəlində Lyuislə təmas yaşayıb cəza aldıqdan sonra Çekoya bir jest etsəydi, daha yaxşı olardı. Ancaq əlimizdəki hekayə bu deyil”.