C.Batton: “Maks çempionluğa oynamalıdır”

Sabiq Formula1 sürücüsü Censon Batton gələn il Maks Ferstappenin çempionluq uğrunda yarışacağına ümid edir.

F-1.az xatırladır ki, 21 yaşlı sürücü dörd mövsümlük Formula1 karyerasında 5 yarış qazanıb. Hollandiyalı sürücü keçən mövsümə səhvlərlə başlasa da, Monako yarışından sonra göstərdiyi mükəmməl performansla tənqidçiləri susdura bilmişdi.

Censon Batton: “Maks boliddən maksimumu, hətta, daha artığını alacaq. Çətin şərtlərdə Maks əla işlər görür. Komanda yoldaşı yenidir və ondan çox şey gözləyirlər. Hələ də idmanda gənc sürücülərdəndir və yaxşı oğlandır. Maks çətin adamdır. Həmişə irəliyə baxır və Red Bull-dakı ilk yarışını qazanmışdı. İnkişafı üçün bu mövsüm vacibdir. Çempionluq uğrunda mübarizə aparmalıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*