C.Batton Le Manda çıxış edəcək

Sabiq F1 çempionu bu il Le Mar marafonuna qayıdacaq. O, 56 nömrəli ekipajda bu seriyanın qalibi Mayk Rokenfeller və NASCAR əfsanəsi Cimmi Consonla birlikdə gücləndirilmiş Chevrolet Camaro ZL1-i idarə edəcək.

F-1.az bildirir ki, Le Manda 56 nömrə gələcəyə yönəlmiş eksperimental texnologiyalardan istifadə edən avtomobillər üçün nəzərdə tutulub. Bu ekipaj turnir cədvəlindən kənarda çıxış edir və yarışda qələbəyə iddialı ola bilməz, lakin həmişə xüsusi diqqəti cəlb edir. Bu bəyanata həsr olunmuş mətbuat konfransında Censondan NASCAR-da yarışmaq istəyib-istəmədiyini soruşublar və o, müəyyən qədər müsbət cavab verib.

Censon Batton: “Oval traslarda çıxış edənlərə böyük hörmətim var – bu, indiyə qədər yaşadıqlarımdan fərqlidir. Bir-birimizə və divara bu qədər yaxın ikən yüksək sürətlərdə mübarizə aparmaq mənə heç vaxt uyğun olmayıb”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*