F-1.az xatırladır ki, britaniyalı sürücü Monakoda Fernando Alonsonu əvəz edir. Lakin 37 yaşlı sürücü gözəl performans göstərərək, cümə axşamını 12-ci yerdə bağlayıb.
Censon Batton: “Birinci sərbəst yürüşlərdə pitdən çıxandan sonra hər şey normal idi. Amma bir bolidin arxasında ikən özümü qəribə hiss etdim. Bolidlər artıq daha enlidir və ötmə etmək bir az risklidir, amma daha sonra buna uyğunlaşdım. İkinci sərbəst yürüşlərdə bir az sürətlənə bildim. Bolidə uyğunlaşdıqdan sonra köhnə təcrübəmdən istifadə etdim. Bunun hesabına nəticəmi yaxşılaşdırdım. Bolidi sürməkdən həzz aldım. Yarış bitənə qədər əylənib xallar qazanmaq istəyirəm. Burada bəzi yeni detallarımız var və bunların köməyi ilə yaxşı işlər görə bilərik”.