F-1.az xəbər verir ki, 2009-cu ilin dünya çempionu hesab edir ki, Lyuisin Formula1-də karyerasını davam etdirməyi planlaşdırdığı təqdirdə Mercedes-dən başqa real variantı yoxdur.
Censon Batton: “Lyuis komandaya sadiqlik nümayiş etdirir, amma məncə, onun istədiyi şərait yoxdur. Düşünmürəm ki, Lyuisin Red Bull-a keçməsi üçün açıq variant var – komandanın onu Maks Ferstappen üçün uyğun tərəfdaş kimi gördüyünə şübhə edirəm.
Düşünürəm ki, Lyuis Ferrari-yə də getməyəcək. Aston Martin? Onun karyerası şübhəsiz ki, Aston Martin-də başa çatmayacaq, çünki komandada hər iki yer yaxın gələcək üçün etibarlı şəkildə işğal olunub.
Mən Lyuisin gələcəyinin Mercedes-də olacağına inanıram. O, komandaya sadiqdir və komanda ilə çətin günlər keçirdiyini görmək xoşuma gəlir. Düşünürəm ki, onlar birlikdə hər şeyi bacara bilərlər. Formula1-də enişlər və yoxuşlar bir-birini əvəz edir – sən uzun müddət zirvədə olanda, mütləq bunun enişi də gələcək. Amma komanda ilk sıralara qayıda bilsə, o zaman Lyuis karyerasını bitirməyəcək”.