C.Batton: “Həmiltonu məğlub etmək həzz verirdi”

Sabiq Formula1 sürücüsü Censon Batton bildirib ki, Həmiltonla komanda yoldaşı olarkən mübarizədən həzz alıb.

F-1.az xatırladır ki, iki sürücü 2010-2012-ci illərdə McLaren komandasında birgə çıxış etmiş və Batton bu 3 ildə daha çox xal toplayan sürücü olmuşdu.

Censon Batton: “Aramızda qəribə mubarizə var idi. Mən 2009-cu ilin, o isə 2008-ci ilin Dünya Çempionu idi və ikimiz də güclü olmaq istəyirdik. İki britaniyalı Dünya Çempionu ingilis komandasında yarışırdı. Bu, doğrudan da böyük təzyiq idi. Amma biz bundan həzz alırdıq. Məncə, Lyuis vahid dövrədə ən sürətli sürücüdür. Saf sürətdə güclüdür. Yarışlarda isə aramızda çox fərq yox idi. Qələbə uğrunda mübarizələr apardıq. Lyuisi qabaqlayıb yarış qazanmaq karyeramın ən gözəl anlarından idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*