F-1.az xatırladır ki, Batton və Həmilton 2010-2012-ci illərdə komanda yoldaşı olmuşdu. Britaniyalı sürücü 2015-2016-cı illərdə isə Alonso ilə çiyin-çiyinə yarışmışdı.
Censon Batton: “Hımiltonla komanda yoldaşı olarkən gənc idi. Buna baxmayaraq, Dünya Çempionu olmuşdu və Alonso qədər təcrübəli deyildi. Fernando qoca tülkü kimi hiyləgər idi və qalib gəlmək üçün nə edəcəyini bilirdi. Təkcə sürətli deyildi, həm də taktikanı bilirdi. Mühəndislərlə də dil tapırdı.
Lyuis isə çox sürətli idi və ona verilən hər maşını sürə bilirdi. O və Fernando fərqli sürücülərdir. Lyuis o dövrdən bəri çox dəyişib və təcrübə qazanıb. O vaxt hər dövrəni limitlərdə vururdu. Amma indi startdan finişə qədər bolidi necə sürmək lazımdır bilir.
Mənim üçün komandadan dəstək almaq vacib idi. Sükan arxasına keçəndə və görəndə ki, bolid mənə uyğun deyil bundan razı qalmazdım. Bolidin özümə görə hazırlanmasını istəyirdim. Beləliklə, komanda məni dəstəkləyir və ehtiyaclarımı ödəyirdi. Lyuis o vaxtlar özünü müdafiəsiz hiss elədi. İndi isə elə deyil. Problem olanda komanda ilə işləyib hər şeyi həll edir”.