F-1.az xatırladır ki, Lyuis Həmilton karyerasına başladığı 2007-ci ildən bəri hər il ən az bir qələbə qazanıb. Britaniyalı sürücü yarışdığı 15 mpvsümdə 7 Dünya Çempionluğu, 100 poul, 98 qələbə qazanıb.
Maks Ferstappen isə son illərdə daha zəif maşına sahib olsa da, mükəmməl yarışlar keçirə və qələbələr qazana bilib.
Censon Batton: “Maks Ferstappen çox istedadlı sürücüdür.Saf istetdad cəhətdən Maks Ferstappen peletonun ən yaxşısıdır. Əksəriyyət bu fikrimlə razılaşar. Lakin təcrübəni və yarışlardakı performansı nəzər alsaq, Lyuis Həmilton hərtərəfli sürücüdür. Saf istedad cəhətdən isə Ferstappen hamını qabaqlayır”.