F-1.az xatırladır ki, 2022-ci il mövsümü yeddiqat Dünya Çempionu üçün çətin keçmiş və o karyerasında ilk dəfə bir mövsümü qələbəsiz başa vurmuşdu.
Censon Batton: “Əgər bir həftəsonu Lyuisi keçə bilsəniz, o növbəti həftə daha güclü formada qayıdacaq. Buna görə də onun güclü formada qayıdacağına şübhə etmirəm. Keçən mövsümün sonunda özünə inanırdı. Düzdür, Braziliyada qələbəni o yox, Rassell qazandı, amma bunun səbəbləri var idi.
Düşünürəm ki, Lyuis mövsümün əvvəlindən yaxşı yarışacaq. Corc Rasselin təcrübəli komanda yoldaşı var və buna görə təzyiq altında olacaq. Keçən il Lyuisi məğlub edə bildi. Bu il ondan daha yaxşı performans gözlənilir. Məncə, bacaracaq. Mercedes-də komandadaxili mübarizə maraqlı olacaq”.