F-1.az xatırladır ki, 2022-ci ilin əvvəlində mübarizə Ferrari ilə Red Bull-un arasında getsə də, sonlarda Mercedes də bu iki komandaya çatmışdı. Buna görə də mövsümün sonunda azarkeşlər üç komanda arasında mübarizə izləmişdi.
Censon Batton: “Büdcə limitinə baxmayaraq, orta qrup komandalarının öndəkilərə çatması üçün bir neçə il lazımdır. Yenə də bunu etmələri mümkündür. Xüsusən də komandada yaxşı mühəndislər və sükanda yaxşı sürücülər varsa, bu mümkündür.
Üç komanda titul uğrunda mübarizə aparsa, əla olar. Mübarizədə çox komandanın olmasından həzz alırıq. Sadəcə sürücülərin yox, komandaların da mübarizəsini gözmək istəyirik. 2021-ci ildə trasdakı mübarizədən başqa, Toto Volffla Kristian Hornerin davalarından da ləzzət alırdıq.
Son dəfə üç komada arasında mübarizə 2010-cu ildə olmuşdu. O vaxt Red Bull, Ferrari və McLaren titul uğrunda mübarizə aparmışdı. Görək nə olur”.