C.Batton: “Gələcəyimə sentyabrda qərar veriləcək”

Censon Batton bildirib ki, sentyabr ayında McLaren ilə 2017-ci il üçün danışıqlara başlayacaq...

F-1.az xatırladır ki, Censon Battonun müqaviləsi mövsümün sonunda başa çatacaq. Britaniyalı sürücünün yerinə isə gənc Stoffel Vandorn real namizəddir. Amma 2009-cu ilin Dünya Çempionu bu söz-söhbətlərə görə təəccüblüdür: “Heç kim nə olduğunu bilmir. Hamı proqnoz verir. Hələ mən gələn il nə edəcəyimə qərar verməmişəm. Komanda mənə dedi ki, sentyabra qədər heç nə danışmayacayıq. Yəni bu qədər söz-söhbət haradan çıxır, bilmirəm. Vaxtı gələndə danışıqlara başlayacayıq. Hələki yarışlardan həzz almağa çalışıram. Ümid edirəm ki, Macarıstan bizim üçün yaxşı keçər və xal qazana bilərik”.

Britaniyalı əlavə edib ki, onun mübarizə istəyi hələ də ölməyib: “Podium üçün mübarizə aparmaq istəyirəm. Bir neçə ildir əlimdən gələni edirəm. Sözün açığı, məlumatlı olmaq, aerodinamikada və mühərrikdə dəyişiklik etdiyini bilmək həyəcanvericidir. Amma növbəti mövsüm mübarizə aparmaq üçün yaxşı addımlar atmalıyıq. Əgər növbəti mövsüm Formula1-də olsam, istəyəcəyim şey bu olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*